Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 15,1 min ton süd və qaymaq idxal edilib və buna 29,4 milyon dollar xərclənib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Bir il əvvəl idxal 10,6 min ton və 18,4 milyon dollar səviyyəsində idi. Miqdar 42,3%, idxal dəyəri isə 60% artıb.
Dəyərin fiziki həcmdən xeyli sürətli artması bir ton üzrə orta statistik idxal dəyərinin də yüksəldiyini göstərir. Hesablamaya görə, bu göstərici təxminən 12,5% artıb.
Kərə yağı idxalı azalıb - 17,5% daha az pul xərclənib
2026-cı ilin ilk 8 ayında Azərbaycana 16,5 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Bu məhsulların idxalına 102,4 milyon dollar xərclənib. 2025-ci ilin eyni dövründə 18,1 min ton məhsula 124,1 milyon dollar ödənilmişdi. Miqdar 8,7%, dəyər isə 17,5% azalıb.
İdxal dəyərinin fiziki həcmdən daha sürətli azalması bir ton üzrə orta statistik dəyərin də aşağı düşdüyünü göstərir. Hesablamaya görə, azalma təxminən 9,7% təşkil edir.