Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb

17.06.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

2026-cı ilin yanvar-may aylarında Azərbaycandan fındıq ixracı 90 milyon 182 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 65 milyon 217,3 min dollar idi.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dəyər ifadəsində artım 24 milyon 964,7 min dollar və ya 38,3% olub.

Miqdar ifadəsində isə ixrac 9 min 424,5 tondan 7 min 756,9 tona düşüb. Azalma 1 min 667,6 ton və ya 17,7% təşkil edib.

Fındıq ixracında dəyər artımı həcmin azalmasına baxmayaraq baş verib. Bu, məhsulun orta ixrac qiymətində ciddi yüksəliş olduğunu göstərir. Başqa sözlə, fındıq ixracı həcminə görə zəifləsə də, gəlirlilik baxımından güclənib.

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью