Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 19 milyon 851 min ABŞ dolları dəyərində 17 min 324 ton nar ixrac olunub.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın nar ixracı fiziki həcm ifadəsində 4 min 60 ton və ya 19%, dəyər ifadəsində isə 641 min dollar və ya 3,1% azalıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin ilk 10 ayında Azərbaycandan 20 milyon 492 min dollar dəyərində 21 min 383 ton nar ixrac edilmişdi.
İxrac olunan narın fiziki həcminin azalmasına baxmayaraq, məhsulun orta statistik vahid dəyərində nəzərəçarpacaq artım qeydə alınıb.
Marja.az-ın hesablamalarına görə, ötən ilin ilk 10 ayında ixrac olunan narın bir tonunun orta statistik dəyəri təxminən 958 dollar təşkil etmişdisə, cari ilin eyni dövründə bu göstərici 1 146 dollara yüksəlib.
Beləliklə, ixrac olunan narın bir tonunun orta statistik dəyəri təxminən 19,6% artıb.
Orta statistik vahid dəyərinin yüksəlməsi nar ixracının fiziki həcmindəki azalmanın ixracın ümumi dəyərinə təsirini əhəmiyyətli dərəcədə yumşaldıb.