Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın mis filizləri və konsentratlarının daxildəki hasilatındakı sıçrayış 2025-ci ilin ixracında da böyük təkan verib.
Banco.az xəbər verir ki, bu dövrdə ixrac həcmi 22.95 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28 dəfə çoxdur. İxracdan əldə olunan gəlir isə 43.58 milyon dollar olub və illik müqayisədə 26 dəfə artım qeydə alınıb.
Ötən ilin ilk 11 ayında mis filizləri və konsentratlarının ixracı 0.82 min ton, dəyər ifadəsində isə 1.69 milyon dollar səviyyəsində olmuşdu.
2025-ci ilin yanvar–noyabr aylarında əsas ixrac istiqaməti Gürcüstan olub. Bu ölkəyə 20.82 min ton həcmində, 38.81 milyon dollar dəyərində mis filizləri və konsentratları ixrac edilib. İsveçrəyə ixrac 1.28 min ton və 3.89 milyon dollar, Özbəkistana isə 0.85 min ton və 0.87 milyon dollar təşkil edib.
2024-cü ilin ilk 11 ayında ixrac əsasən İsveçrəyə yönəlmişdi.
Orta ixrac qiymətinə gəldikdə, 2025-ci ilin ilk 11 ayında bir ton mis filizləri və konsentratlarının orta ixrac qiyməti 1.90 min dollar olub. Bu göstərici 2024-cü ilin eyni dövründə 2.06 min dollar səviyyəsində idi. Beləliklə, orta ixrac qiyməti illik müqayisədə 7.7% azalıb. Qeyd edək ki, konsentrat qiymətləri birbaşa mis metalının qiymətindən uzaqdır və adətən aşağı nisbi məbləğlə müəyyən edilir. Məsələn, London Metal Birşasında misin bir ton üçün qiyməti 12 500–13 000 dollar ətrafında ticarət olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2025-ci ilin 11 ayında ümumi mis konsentratının istehsalı 6 421 ton olmaqla illik 33 dəfə artmışdı. Hasilatı həyata keşirən Britaniyada şirkəti “Anglo Asian Mining” Azərbaycanda, o cümlədən Dəmirli və Gədəbəy zonalarında hasilat aparır. 2025-ci ildə şirkətin mis konsentratı istehsalı 23 148 ton qədər olub və satılan miqdar təxminən 20 317 ton təşkil edib, bu, əvvəlki ilə nisbətən böyük artımdır.
Mədən şirkəti 2025-ci il üçün ilkin proqnozlara görə mis çıxarılması 8 100–9 000 ton səviyyəsində idi, lakin real çıxış qismən texniki baxımdan aşağı – 7 915 ton civarında olub.
Dəmirli mədəni planlaşdırıldığı kimi 2025-də təxminən 4 000 ton mis konsentratı istehsal etməyə başlamış və bu göstəricinin 2026-dan etibarən təxminən 15 000 ton ilbəil səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.
“Anglo Asian Mining”in strateji planlarına görə, 2030-cu ilədək qlobal mis bazarında daha böyük rol almaq üçün gələcək illərdə həm hasilatı, həm də ixrac həcmini daha da artırmaq nəzərdə tutulur. Məsələn, müəyyən sənaye mənbələri qeyd edir ki, Dəmirli və digər aktivlər ilə birlikdə şirkət 2030-cu ilə doğru 50 000–55 000 ton civarında illik mis hasilatı potensialına çatmağa çalışır.