Azərbaycan xarici turoperatorlarla 50 yeni razılaşma planlaşdırır

21.08.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanın turizm məhsullarının xarici bazarlarda satışını artırmaq üçün B2B görüşlərinin, beynəlxalq sərgilərin və tanışlıq səfərlərinin əhatəsi genişləndiriləcək.

Azərbaycan hər il azı 20 beynəlxalq turizm sərgisində iştirak edəcək

2026–2030-cu illərdə Azərbaycanın hər il azı 20 beynəlxalq turizm sərgisində iştirakı planlaşdırılır. Bu tədbirlər nəticəsində minimum 50 əməkdaşlıq razılaşmasının bağlanması hədəflənir.

Azərbaycanı turizm məhsulları portfelinə daxil edən xarici turoperator və səyahət agentliklərinin sayının 10% artırılması nəzərdə tutulur.

Tanışlıq səfərlərində iştirak edən xarici şirkətlərin ən azı 15%-nin Azərbaycanı öz turizm məhsulları siyahısına daxil etməsi hədəflənir.

Hər il azı 8 media tədbiri keçiriləcək və 40-dan çox xarici media materialının yayımlanması təmin ediləcək. Hədəf bazarlarda Azərbaycan turizmi haqqında ildə minimum 80 məqalə və reklamın yerləşdirilməsi, bunların 8 milyon nəfərlik auditoriyanı əhatə etməsi planlaşdırılır.

Birgə kampaniyalar vasitəsilə xarici tərəfdaşların saytları, elektron poçt bülletenləri, sosial şəbəkələri və satış nöqtələrindən daxil olan sorğuların hər il 10% artırılması qarşıya məqsəd qoyulub.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью