Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib

18.08.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

2026-cı ilin ilk 7 ayında Azərbaycana 15 min 85,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib. İdxalın dəyəri 94 milyon 569 min dollar olub.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2025-ci ilin eyni dövründə 16 min 633,8 ton məhsulun idxalına 113 milyon 648,8 min dollar xərclənmişdi. Beləliklə, idxal miqdarı 1 min 548 ton və ya 9,3%, dəyəri isə 19 milyon 79,8 min dollar və ya 16,8% azalıb. Bir ton məhsulun orta statistik dəyəri 6 min 832 dollardan 6 min 269 dollara geriləyib.

XXX

Bitki yağı idxalı 100 min tonu, xərc 167 milyon dolları keçib

2026-cı ilin ilk 7 ayında Azərbaycana 104 min 358 ton bitki və heyvan mənşəli piy və yağlar idxal edilib. İdxalın dəyəri 167 milyon 318,2 min dollar olub. İllik müqayisədə məhsulların idxal həcmi 15 min 769,2 ton və ya 17,8%, dəyəri isə 30 milyon 178,5 min dollar və ya 22% artıb.

Bir ton məhsulun orta statistik dəyəri 1 548 dollardan 1 603 dollara yüksəlib. Bu məhsulların ümumi idxaldakı payı 1,01%-dən 1,69%-ə çatıb.

İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью