Azərbaycan xarici yardımları 74 faizə yaxın artırır

23.10.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 33 milyon manatı və yaxud 0,1 %-i xarici yardımların payına düşəcək.

525.az bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 73,7 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью