Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan Xəzər dənizi ilə bağlı bütün razılaşmalarda aktiv rol oynayıb.
2012-ci ildə Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin sammitində imzalanan konvensiyanın hazırlanmasında da Azərbaycan aparıcı mövqe tutub.
O vaxtdan etibarən ölkəmiz Xəzərin ekoloji vəziyyəti ilə bağlı dəfələrlə təşəbbüslərlə çıxış edib".
Bunu Demokrat.az-a açıqlama siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, Prezident İlham Əliyev də Xəzər dənizinin səviyyəsinin enməsi və bu problemin həlli yolları barədə bir neçə dəfə konseptual fikirlər səsləndirib:"Dövlət başçısı qeyd edib ki, Xəzərin səviyyəsinin azalması yalnız iqlim dəyişiklikləri ilə bağlı deyil və bu problemin aradan qaldırılması üçün Xəzəryanı dövlətlərin birgə, koordinasiyalı addımlar atması vacibdir.
Xəzər dənizi həm də Orta Dəhlizin mühüm hissəsidir. Azərbaycan bu dəhlizin inkişafı, eləcə də Xəzərin dibi ilə fiberoptik xətlərin çəkilməsi
Özbəkistanla əməkdaşlıq çərçivəsində Xəzərdə yük donanmasının formalaşdırılması da bu təşəbbüslərin bir hissəsidir".Onun sözlərinə görə, Azə
Nəticə etibarilə, Azərbaycan Xəzər dənizini qapalı hövzə olmasına baxmayaraq, mühüm nəqliyyat, logistika və tranzit mərkəzinə çevirib.