Azərbaycan Xəzərdə ən vacib tərəfdaşımızdır Babuşkin | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həştərxan və Bakı arasında birbaşa aviareyslərin sayının artırılması Rusiya regionunun Azərbaycanla iqtisadi əlaqələrinin güclənməsinə kömək edəcək.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Teleqram kanalında məlumat verib.
"Bizim biznes mərkəzlərimiz turist axınının artmasına fəal şəkildə kömək edir.
Bundan əlavə, Azərbaycan Respublikasının nümayəndələri regionumuzun bütün beynəlxalq layihələrində iştirak edirlər.
Bakı və Həştərxan arasında birbaşa uçuşların sayının həftədə 5 dəfəyə qədər artırılmasını təklif etdim", - ötən gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən İ.Babuşkin bildirib.
Qubernator Prezident İlham Əliyevə təşəkkürünü bildirib və görüşdə strateji əhəmiyyətli məsələlərin müzakirə edildiyini qeyd edib.
"Xəzərin dayazlaşması kimi vacib problemi də müzakirə etdik.
Tam oxu
Xəbəri oxu