Azərbaycan Xəzərdə üzən gəmilərinə XƏBƏRDARLIQ ETDİ KONKRET

03.03.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda regionda baş verən hərbi gərginliklə bağlı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərə xəbərdarlıq edib. 

KONKRET.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova deyib.

O bildirib ki, təhlükəsizlik tədbirləri ilə bağlı gəmilərin İran limanlarına səfər etməsi tövsiyə olunmur.

Qeyd edək ki, 28 fevral tarixindən İsrail və Amerika Birləşmiş Ştatları ilə İran arasında gərginlik yaşanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью