Azərbaycan Xəzəryanı universitetlərin Baş Assambleyasında təmsil olunub

16.10.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astana, 16 oktyabr, AZƏRTAC

Qazaxıstanın Atırau şəhərində Xəzəryanı ölkələrin Universitetləri və Araşdırma Mərkəzlərinin 27-ci Baş Assambleyası keçirilib.

AZƏRTAC Atırau Regional Kommunikasiya Xidmətinə istinadla xəbər verir ki, tədbirdə Qazaxıstan, Azərbaycan, Rusiya, İran və Türkmənistanın aparıcı ali məktəblərinin rektorları, alim və ekspertlər iştirak ediblər.

Baş Assambleyada Xəzər ekosisteminin qorunması, regional tədqiqat layihələrinin hazırlanması, innovativ elmi həllərin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi olub.

Forumda Xəzər regionunun davamlı inkişafına yönəlmiş birgə təşəbbüslər, həmçinin elm və təhsil sahələrində inteqrasiyanı gücləndirmək üçün nəzərdə tutulan yeni layihələr təqdim edilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью