Azərbaycan XİN ABŞdakı hücumu pislədi FOTO

02.01.2025

Icma.az, Bizim media saytına istinadən bildirir.

ABŞ-ın Nyu Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycanın Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımda yer alıb.
"Düşüncələrimiz və dualarımız qurbanlar və ailələri ilədir. Terrorçuluğun bütün hərəkətlərini, üsullarını, tətbiqlərini bütün forma və təzahürləri lə qeyd-şərtsiz pisləyirik", - XİN-dən bildirilib.
Qeyd edək ki, terror aktı nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью