Azərbaycan XİN Banqladeşə başsağlığı verib

21.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycan Xarici İşlər Nazirliyi Banqladeşə başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında paylaşım edilib.

"Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin Dəkkədə faciəvi qəzaya uğraması bizi dərindən kədərləndirdi. Qurbanların ailələrinə və yaxınlarına, Banqladeş hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk",-məlumatda qeyd edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью