Azərbaycan XİN İranda limanda partlayışla əlaqədar başsağlığı verib.

27.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Xarici İşlər Nazirliyi İrana Bəndər Abbasdakı limanda baş verən partlayışla əlaqədar başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə XİN X-da paylaşın edib.

“İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda bildirilib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью