Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu barədə AzVision.az -a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, qətnamədə silahlı münaqişələr nəticəsində insanların itkin düşməsinin onların ailələrinə ağır əzablar verdiyi və münaqişələrə son qoyulması səylərinə mənfi təsir göstərdiyi qeyd olunur.
Qətnamədə, həmçinin itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqlarının pozulmasına görə cəzasızlığa son qoyulmasının vacibliyi vurğulanır.
Qətnamə silahlı münaqişə iştirakçısı olan dövlətləri insanların itkin düşməsinin qarşısını almaq, onların şəraitini müvafiq şəkildə araşdırmaq və taleyini müəyyən etmək üçün bütün lazımi tədbirləri görməyə çağırır.
Bu il qəbul olunan qətnamədə ilk dəfə olaraq, həmçinin minaların itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək səylərinə maneə törətməsi ilə bağlı narahatlıqlar ifadə olunur və dövlətləri insanların qalıqlarını təhlükəsiz şəkildə axtarmaq istiqamətində əməkdaşlıq etməyə çağırır.
“İtkin düşmüş şəxslər” məsələsi Azərbaycanın gündəliyində mühüm yer tutur.
1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində mülki şəxslər, uşaqlar və qadınlar da daxil olmaqla 4000-ə yaxın azərbaycanlı, 2020-ci ildə Vətən müharibəsi zamanı isə 6 Azərbaycan vətəndaşı itkin düşüb.