Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım edib

13.08.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışları ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda Azərbaycanda son iki gün ərzində iki mina partlaytışının baş verməsi qabardılıb.

"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb", - paylaşımda bildirilib.

Qeyd olunub ki, 2020-ci il müharibəsinin sonundan bəri Azərbaycanda 436 nəfər minaların qurbanı olub:

"Bu faciəvi hadisələr, münaqişənin ölümcül mirasının həyatları təhdid etməyə, yenidənqurma işlərini ləngitməyə və məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləməyə davam etdiyini bariz şəkildə xatırladır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью