Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik.
Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.
We are shocked by the tragic news of the armed attack on civilians in Kurram area, #Pakistan, which resulted in many deaths and injuries.
We express heartfelt condolences to the families of victims, and the government of Pakistan over this appalling attack.@ForeignOfficePk— MFA Azerbaijan ??
(@AzerbaijanMFA) November 21, 2024 Qeyd edək ki, terror aktı nəticəsində 28 nəfər ölüb, 30 nəfər yaralanıb.