Azərbaycan XİN Pakistana başsağlığı verdi

21.11.2024

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.

"Pakistanın Kurram bölgəsində çoxlu dinc sakinin silahlı hücum nəticəsində ölməsi və yaralanması xəbərindən təsirləndik. Bu dəhşətli hücumla əlaqədar həlak olanların ailələrinə və Pakistan hökumətinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün Pakistanda sərnişin avtobusuna hücum nəticəsində 28 nəfər ölüb, 30 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью