Azərbaycan XİN Pakistandakı terror hücumunu pislədi

01.02.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in "Facebook" hesabında paylaşım edilib.

"Pakistanın Bəlucistan əyalətində baş vermiş mənfur terror hücumlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylik hisslərimizi bölüşürük. Yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq", - paylaşımda bildirilib.

"Bu çətin zamanda Pakistanla həmrəylik nümayiş etdirir və terrorizmin bütün formaları və təzahürlərinə qarşı beynəlxalq səylərə möhkəm dəstəyimizi bir daha təsdiqləyirik", - XİN vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью