Azərbaycan XİN: PKK nın ləğvi ilə bağlı elanı alqışlayırıq

12.05.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.

"Bizimyol.info" xəbər verir ki, bu barədə qurumun X hesabında paylaşım edilib.

"Davamlı sülh və sabitlik yolunda mühüm addım olan PKK-nın ləğvi ilə bağlı elanı alqışlayırıq. Bölgədə terror təhlükəsinə son qoymaq üçün ən qısa zamanda praktiki addımların atılmasını gözləyirik. Qardaş Türkiyə rəhbərliyini terrorizmin kökünün kəsilməsi, təhlükəsizliyin gücləndirilməsi və sabitliyin təşviqi istiqamətindəki sarsılmaz öhdəliyinə görə alqışlayırıq", - paylaşımda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью