Azərbaycan XİN rəhbəri: Ermənistanın COP29da iştirak etməməsi itirilmiş fürsətdir

12.11.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycan COP-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, Ermənistana da dəvət göndərib.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью