Azərbaycan XİN Türkiyəyə başsağlığı VERDİ

09.12.2024

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İspartada hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Türkiyə tərəfinə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə paylaşım edib.

"Qardaş Türkiyənin İsparta şəhərində hərbi helikopterin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, həlak olanların ailələrinə başsağlığı və səbr diləyirik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью