Azərbaycan XİNdən Atatürklə bağlı paylaşım

10.11.2024

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, “X” platformasındakı paylaşımda qeyd olunur:

“Qardaş Türkiyə Respublikasının banisi, Türk millətinin dahi oğlu, vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandırmış qazi Mustafa Kamal Atatürkün vəfat etməsindən 86 il ötür.

Bu ağır gündə, dahi Mustafa Kamal Atatürkün əziz xatirəsini hörmət və minnətdarlıqla yad edirik”.

Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью