Azərbaycan Xüsusi Olimpiya Turnirində təmsil olunacaq

23.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 25-26-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Xüsusi Olimpiya Açıq Cüdo Turniri təşkil olunacaq.

Futbolpress.az xəbər verir ki, bu mötəbər beynəlxalq yarışda Azərbaycan Cüdo Federasiyasının adaptiv cüdo qrupunun üç üzvü, Adilə Niftaliyeva, Sadiq Nəzirov və Yusif Nəsirli ölkəmizi təmsil edəcəklər.

Turnir hər üç idmançımız üçün karyeralarındakı ilk beynəlxalq yarış təcrübəsi olacaq.

Adaptiv cüdo xüsusi qayğıya ehtiyacı olan şəxslərin fərdi fiziki imkanları nəzərə alınmaqla idmanla məşğul olmasına, eyni zamanda onların cəmiyyətə inteqrasiyasına və sosial aktivliyinin artırılmasına geniş şərait yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью