Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları və Azərbaycan Respu
Teleqraf.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. “Araz Birgə Təlimi” adlı manevrlərin artıq başladığı bildirilib.
SEPAH-ın açıqlamasına görə, təlimlər korpusun Quru Qoşunlarının xüsusi təyinatlıları ilə Azərbaycan Ordusunun xüsusi təyinatlılarının təlimləri Ərdəbil vilayətinin Aslandüz sərhəd rayonunda keçirilir.
SEPAH əlavə edib ki, təlimin məqsədi iki ölkə arasında əlaqələri gücləndirmək və qanunsuz silahlı təşkilatlarla mübarizədə ikitərəfli əməkdaşlığı artırmaqdır.
Təlimlər birgə sərhədlərin təhlükəsizliyini təmin etmək, hərbi qabiliyyətləri inkişaf etdirmək və iki qonşu ölkənin ortaq maraqları əsasında əldə olunan razılaşmalara uyğun olaraq taktiki və əməliyyat səviyyəsində müdafiə əməkdaşlığını genişləndirmək məqsədi daşıyır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.