Azərbaycan yapışdırıcı maddələrin istehsalını 39 faizə yaxın artırıb

18.10.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 127,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.

Bu il oktyabr ayının 1-nə, ölkədə 10,7 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 136,6 min ton yapışqan və yapışdırıcı maddələr istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 11,7 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью