Azərbaycan yaşıl enerji istehsalının həcmini artırır

14.10.2026

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan yaşıl enerji istehsalının həcmini artırır

Bu ilin ilk doqquz ayında Azərbaycanda ənənəvi və yaşıl enerji istehsalının ümumi həcmi 21 milyard 190,9 milyon kVt/saat təşkil edib. Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.

Hesabat dövründə elektrik enerjisinin mənbələr üzrə istehsalı aşağıdakı kimi bölüşdürülüb:

İstilik elektrik stansiyaları (İES) — 16 960 milyon kVt/saat; Su elektrik stansiyaları (SES) — 2 767,1 milyon kVt/saat; Külək elektrik stansiyaları — 768,7 milyon kVt/saat; Günəş elektrik stansiyaları — 501,5 milyon kVt/saat; Bərk məişət tullantılarının yandırılması zavodu — 193,6 milyon kVt/saat.

Su elektrik stansiyalarının istehsalı da nəzərə alınmaqla, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumilikdə 4 milyard 230,9 milyon kVt/saata çatıb. Bu göstərici 1 milyard 51,9 milyon kVt/saat artıb.

“Azərenerji” ASC-nin istehsal göstəricilərinə əsasən, doqquz ay ərzində 18 milyard 233,4 milyon kVt/saat elektrik enerjisi istehsal edilib. Bunun 15 milyard 434,8 milyon kVt/saatı istilik elektrik stansiyalarının, 2 milyard 753,1 milyon kVt/saatı su elektrik stansiyalarının, 45,5 milyon kVt/saatı isə günəş elektrik stansiyalarının payına düşüb. Müstəqil elektrik stansiyaları isə 2 milyard 957,5 milyon kVt/saat elektrik enerjisi istehsal ediblər.

Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kVt/saat, idxalı isə 170,6 milyon kVt/saat təşkil edib.

Qeyd edək ki, Azərbaycan 2030-cu ilədək enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq məqsədilə yaşıl enerji sektorunu inkişaf etdirir. Ölkədə beynəlxalq investorların iştirakı ilə Qaradağ Günəş Elektrik Stansiyası, “Xızı-Abşeron” külək elektrik stansiyası və “Şəfəq” Günəş Elektrik Stansiyası kimi iri layihələr həyata keçirilir.

Dövlət strategiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib. 2030-cu ilədək bu ərazilərdə ümumi gücü 1,6 GVt olan elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью