Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
COP29-da iqlim maliyyəsi ilə bağlı tərəflər arasında konsensus əldə olundu və əvvəlki hədəf üç dəfə artırılaraq illik ən azı 300 milyard ABŞ dolları səviyyəsinə çatdırıldı.
Bu, inkişaf etməkdə olan ölkələrə uyğunlaşmaya və iqlim dəyişmələri ilə mübarizə tədbirlərini gücləndirməyə, texnologiyalar və potensialın artırılması imkanlarına çıxış əldə etməyə şərait yaradacaq.Eyni zamanda COP29 zamanı İtki və Zərər Fondunun fəaliyyətə başlaması təmin olundu ki, bu da inkişaf etməkdə olan ölkələr üçün itki və zərərin aradan qaldırılması məqsədilə vəsaitlərin əlçatanlılığını təmin etdi.
COP29-un başqa bir mühüm nailiyyəti isə karbon bazarları üzrə 6-cı maddə ilə bağlı qəbul edilən qərardır.
Bakı iqlim maliyyəsi "Bakı sıçrayışı" kimi adlandırılıb və bu, iqlim diplomatiyasında böyük uğurdur.Azərbaycan "yaşıl enerji"nin inkişafını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir.
Ölkəmiz 28 qiqavatlıq bərpaolunan enerji potensialını reallaşdırmağa çalışır.
Hədəflərdən biri 2030-cu ilə qədər bərpaolunan enerji gücünün ölkənin ümumi enerji balansında payını 30 faizə çatdırmaqdır.
Eyni zamanda Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonalarına çevirmək və bu ərazilərdə 2050-ci ilə qədər "sıfır emissiya"ya nail olmaq üçün əhəmiyyətli layihələr icra olunur.