Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Kenyanın dövlət televiziyasında (KBC TV) iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın verdiyi böyük töhfədən danışıb.Newscenter.az-ın xəbərinə görə, deputat bildirib ki, COP29-da iqlim maliyyəsi ilə bağlı tərəflər arasında konsensus əldə olunub və əvvəlki hədəf üç dəfə artırılaraq illik ən azı 300 milyard ABŞ dolları səviyyəsinə çatdırılıb.
Bu, inkişaf etməkdə olan ölkələrə uyğunlaşma və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirməyə, texnologiyalar və potensialın artırılması imkanlarına çıxış əldə etməyə şərait yaradacaq.
Eyni zamanda, COP29 zamanı İtki və Zərər Fondunun fəaliyyətə başlaması təmin olunub ki, bu da inkişaf etməkdə olan ölkələr üçün itki və zərərin aradan qaldırılması məqsədilə vəsaitlərin əlçatanlığını təmin edib.
COP29-un başqa bir mühüm nailiyyəti isə tərəflər arasında Karbon bazarları üzrə 6-cı maddə ilə bağlı qəbul edilən qərar olub.
Bakı iqlim maliyyəsi “Bakı Sıçrayışı” kimi adlandırılıb və bu, iqlim diplomatiyasında böyük bir uğurdur.Azərbaycan “yaşıl enerji”nin inkişafını əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və bu sahədə beynəlxalq enerji şirkətləri və maliyyə institutları ilə sıx əməkdaşlıq edir.
Ölkəmiz 28 qiqavatlıq bərpa olunan enerji potensialını reallaşdırmaq üçün işləyir.
Əsas hədəflərdən biri 2030-cu ilə qədər quraşdırılmış bərpa olunan enerji gücünün ölkənin ümumi enerji balansında payını 30%-ə çatdırmaqdır.