Azərbaycan yeni qaz yataqları kəşf edib

13.11.2026

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Prezident onu genişləndirməyin vacibliyinə toxunub, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı bildirib.

İlham Əliyev Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı qaz təchizatını artırmağı planlaşdırdığımızı bildirib, bu xüsusda yeni yataqların kəşf edildiyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью