Icma.az, Ses qazeti saytına istinadən bildirir. Son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır.
Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.
9 aprel 2025-ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.
Ölkə başçımız İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb.
ADA Universitetinin va Beynəlxalq Münasibatlərin Təhlili Markəzinin birgə təşkilatçılıǧı ila “Yeni dünya nizamına doǧru” mövzusunda keçirilən sayca 7-ci ADA Siyasi Forumunda 44 ölkədən 80-dan çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak etdilər.
Sayca 7-ci olan bu forum Azərbaycanda hər il keçirilir. Konfransların hamısında beynəlxalq ekspertlər va beyin mərkəzləri qlobal dünyanı nar
Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn ekspertlər, beyin mərkəzləri Azərbaycan həqiqətləri ilə yaxından tanış olmuşlar.