Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirib.
"Unikal" xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı ikinci sınağında Yunanıstanla üz-üzə gəlib.
Rumıniyadakı “Tunari” stadionunda təşkil olunacaq qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb – 0:3.
Komandamız qrupdakı ilk matçında Macarıstana 0:4 hesabı ilə uduzmuşdu. Azərbaycanın U-19 millisi isə İrlandiya yığması ilə qarşılaşıb.
Moldovanın paytaxtı Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçirilən görüşdə rəqib 4 cavabsız qolla qalib gəlib.
Yığmamız ilk oyunda İslandiyaya məğlub olmuşdu – 0:2. Qeyd edək ki, U-17 qrupda son oyununu Rumıniyaya, U-19 isə Moldovaya qarşı keçirəcək.
Hər iki görüş noyabrın 19-da olacaq. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.