Azərbaycan yığmaları seçmə mərhələni 1 xalla başa vurublar

19.11.2024

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirib.

Adalet.az xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı üçüncü sınağında Rumıniya ilə qarşılaşıb. Buftya şəhərində reallaşan görüş qollu heç-heçə ilə yekunlaşıb – 1:1.

Komandamız qrupda daha əvvəl keçirdiyi oyunlarda Macarıstana 0:4, Yunanıstana isə 0:3 hesabı ilə məğlub olmuşdu.

Azərbaycanın U-19 millisi isə Moldova ilə üz-üzə gəlib. Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə nəticələnib. Yığma ilk oyunda İslandiyaya 0:2, ikinci matçda isə İrlandiyaya 0:4 hesabı ilə uduzub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью