Azərbaycan yığmaları seçmə mərhələni 1 xalla başa vurublar AZƏRTAC

19.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycanın aşağı yaş qrupları üzrə iki yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirib.

AZƏRTAC xəbər verir ki, U-17 millisi 6-cı qrupdakı üçüncü sınağında Rumıniya ilə qarşılaşıb. Buftya şəhərində reallaşan görüş qollu heç-heçə ilə yekunlaşıb – 1:1.

Komandamız qrupda daha əvvəl keçirdiyi oyunlarda Macarıstana 0:4, Yunanıstana isə 0:3 hesabı ilə məğlub olmuşdu.

Azərbaycanın U-19 millisi isə Moldova ilə üz-üzə gəlib. Kişineuda yerləşən “Zimbru-2” stadionunda keçirilən matç 2:2 hesablı heç-heçə ilə nəticələnib. Yığma ilk oyunda İslandiyaya 0:2, ikinci matçda isə İrlandiyaya 0:4 hesabı ilə uduzub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью