Azərbaycan yığmalarından uğursuz start Hər ikisi 7 qolla uduzdu

11.11.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Azərbaycan yığmalarından uğursuz start - Hər ikisi 7 qolla uduzdu

Azərbaycanın U-17 və U-19 milli komandaları Avropa çempionatının seçmə mərhələsində ilk oyunlarına çıxıblar.

QOL.az xəbər verir ki, hər iki komanda böyükhesablı məğlubiyyətlə üzləşib.

U-17 seçmə mərhələnin 1-ci raundunda Almaniya yığması ilə qarşılaşıb. Emin Mustafayevin baş məşqçi olduğu komanda səfərdə 0:7 hesabı ilə uduzub.

U-19 millisi isə seçmə mərhələsinin 2-ci raundunun ilk oyununda Monteneqronun qonağı olub. Oyun əqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, U-17 millisi növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək. U-19 yığması isə noyabrın 14-də Serbiya ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью