Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində Moldova ilə heçheçə edib

19.11.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində keçirdiyi üçüncü oyunda heç-heçə edib.

"Report"un məlumatına görə, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gəlib.

Kişinyovdakı “Zimbru” stadionunda baş tutan görüş 2:2 hesabı ilə nəticələnib.

Millimizdən Həsən Nəzərli dubl (15, 45+1) müəllifi olub. Moldovanın heyətində isə 55-ci dəqiqədə Nikolae Sula fərqlənib.

Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью