Azərbaycan yığması Bakıdakı AÇdə bu rəqiblərlə qarşılaşacaq

13.12.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.

Fanat.Az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq. 

I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.

II qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları qərarlaşıblar.

Qeyd edək ki, qruplarda ilk 2 yeri tutacaq yığmalar yarımfinala vəsiqə qazanacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью