Azərbaycan yığması Belarusla üz üzə

23.03.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirəcək.

Futbolpress.az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью