Azərbaycan yığması Belarusla yenə bacarmadı

05.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoldaşlıq oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью