Azərbaycan yığması C Divizionunu birinci bitirdi

04.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin final oyunu baş tutub.

Futbolpress.az xəbər verir ki, millimiz finalda Lüksemburq seçməsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində davam edən oyun millimizin 77-71 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşün ən məhsuldar basketbolçusu millimizin üzvü Murad Babayev (19 xal, 6 ribaund) olub. Qeyd edək ki, oğlanlardan ibarət U-18 millimiz ən son 2016-cı ildə Avropa çempionatı C divizionunun qalibi olmuşdu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью