Azərbaycan yığması Estoniyaya yollandı

26.11.2024

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

16 yaşadək voleybolçu oğlanlardan ibarət millimiz Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Estoniyaya yola düşüb.

Futbolpress.az xəbər verir ki, 27-30 noyabr tarixlərində keçiriləcək yarışda mübarizə aparacaq komandamızın məşqçilər korpusunda dəyişiklik olub. Belə ki, səhhətində yaranan problemə görə gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi yarışda iştirak edə bilməyəcək. Onu Cengiz Akarçeşmə əvəz edəcək. C.Akarçeşmənin köməkçiləri isə Tural Teymurov və Elşən Heybətov olacaq.

Qeyd edək ki, komandamız B qrupunda yer alıb. Rəqiblərimiz isə Estoniya və Latviya yığmalarıdır. “AVRO-2025”ə seçmə xarakteri daşıyan çempionatın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

U-16 millimizin heyəti:

Oyunçular: Elvin Qədirli, Elvin Abdullayev, Mətin Əlibəyli, Özcan Məhərrəmov, Əli Novruzlu, Onur Xəlilov, Seymur Əliyev, İmran Hüseynzadə, Sinan Quliyev, Ramin Nəhmədov, Baba Əzizli, Daniil Belov, Amir Yagoubi, Elvin Vəliyev.

Əsas xəbərlər, Ümumi idman Azərbaycanlı hakim Türkiyə klubunun oyununa təyinat aldı

12 Noyabr 2024, 16:56

Əsas xəbərlər, Ümumi idman Kuboku “Abşeron” qazandı

4 Noyabr 2024, 21:09

Əsas xəbərlər, Layihə, MEDİA, Ümumi idman Azərbaycanda voleybol: addım-addım inkişafa doğru

27 Oktyabr 2024, 20:36

Əsas xəbərlər, Ümumi idman Naxçıvanda “Muxtariyyət kuboku”na start verildi

5 Sentyabr 2024, 12:18

Əsas xəbərlər, Ümumi idman Milli yenə uduzdu

24 Avqust 2024, 22:06

Əsas xəbərlər, Ümumi idman Azərbaycan yığması Belçika ilə qarşılaşacaq

20 Avqust 2024, 10:46

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью