Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Qızlardan ibarət U-18 millimiz Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Şimali Makedoniya seçməsi ilə qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, Evren Alkayanın yetirmələri oyunun ilk hissəsində rəqibə (40:42) məğlub olsa da, ikinci hissədə geridönüş edərək 75:73 hesablı qələbə qazanıb.
Görüşün ən dəyərli basketbolçusu (MVP) 19 xal, 4 ribaundla millimizin üzvü Deniz Gökçöl seçilib.
Qeyd edək ki, qızlar növbəti oyununu 8 avqust Bakı vaxtı ilə saat 12:00-da Estoniya seçməsinə qarşı keçirəcək.