Azərbaycan yığması gümüş medal qazandı

26.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) qrup ikincisi olaraq Superfinala vəsiqə ilə yanaşı, gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, millimizin oyunçusu Orxan Məmmədov turnirin ən yaxşı futbolçusu seçilib. Ramil Əliyev isə 5 qolla bombardir olub.

Superfinal 7-14 sentyabr tarixlərində İtaliyada keçiriləcək. Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью