Azərbaycan yığması Gürcüstanla üz üzə

21.11.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının 1/4 finalında bu gün Gürcüstanla üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, yığmalar iki qarşılaşma keçirəcəklər.

Yekunda qalıb bəlli olmasa, sabah taybreykdə yarımfinala yüksələn komanda müəyyənləşəcək.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью