Azərbaycan yığması ilk “5 lik”də

27.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın kişilərdən ibarət şahmat milli komandası Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasını ilk “5-lik”də başa vurub.

Futbolpress.az xəbər verir ki, qrossmeysterlərimiz yarışın həlledici son turunda Serbiya seçməsini 2,5:1,5 hesabı ilə məğlub etməyi bacarıblar.

Qarşılaşmada yığmamıza qələbə gətirən yeganə xalı Məhəmməd Muradlı qazanıb. Komandamızın digər üzvləri, Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Eltac Səfərli isə öz partiyalarını heç-heçə ilə yekunlaşdırıblar.

Bu nəticədən sonra xalını 17-yə çatdıran milli komandamız 4-7-ci yerləri bölüşdürüb və əlavə göstəricilərə görə Olimpiadanı 5-ci pillədə tamamlayıb.

Bu, kişi şahmatçılarımızın Olimpiada tarixində ikinci belə nəticəsidir. Təmsilçilərimiz ilk dəfə 2014-cü ildə Norveçin Tromsö şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 5-ci yeri tutmuşdular.

Səmərqənddəki turnirin qalibi isə ev sahibi Özbəkistan olub. İkinci dəfə Olimpiya çempionluğuna qovuşan özbəklərin ardınca Hindistan gümüş, Almaniya isə bürünc medala sahib çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью