Azərbaycan yığması İrlandiyaya uduzdu

22.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Fanat.Az-ın məlumatına görə, təmsilçimiz səfərdə İrlandiya ilə qarşılaşıb.

Dublin şəhərindəki Milli Basketbol Arenasında təşkil olunan qarşılaşma irlandların 91:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması 3 oyuna 4 xal toplayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью