Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Tamblinq üzrə milli komandamızın üzvləri – Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov dünya çempionu olub.
Futbolpress.az xəbər verir ki, onlar İspaniyanın Pamplona şəhərində keçirilən Batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında fərqləniblər.
“Üçlük” yenidən öz titullarını qoruyaraq komanda hesabında dünya çempionu olublar.