Azərbaycan yığması İtaliyada mərhələ adladı

10.09.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın çimərlik voleybolu üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Futbolpress.az xəbər verir ki, İtaliyanın Korilyano-Roccano şəhərində keçirilən yarışda İbrahim Məmmədov/Muhammad Aslanlı cütündən ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb.

Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və yığma Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Əsas mərhələ oyunlarına sabah start veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью