Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Futzal üzrə Azərbaycan millisi tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.
Futbolpress.az xəbər verir ki, DÇ-2028-in əsas mərhələsinin 12-ci qrupunda yer alan komandamız noyabrın 5-də ev oyununa çıxacaq.
Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17:00-da start götürəcək.
İnanırıq ki, milli komandamızı bu dəfə Lənkəranda azarkeşlər coşqusu ilə dəstəkləyəcəklər.
Qeyd edək ki, kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalının azarkeş tutumu 788 nəfərlikdir.