Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan təmsilçimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Sloveniyanın uyğun yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
"Kukus" stadionunda keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 qrupda növbəti oyununu noyabrın 28-də Şimali Makedoniya seçməsi qarşı keçirəcək.